Komitə sədrindən təklif - Səsvermə qapalı olsun
23 Oktyabr 2023 14:01 SiyasətMilli Məclisdə Azərbaycanda Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədrinin seçilməsi qaydaları müzakirə edilib. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili məlumat verib. Bildirib ki, qanunvericilikdə Rəyasət Heyətinin sədrinin açıq səsvermə yolu ilə seçilməsi təklif edilir: "Bildirim ki, açıq səsvermə yolu ilə keçirilməsi müəyyən dərəcədə konlfikltərə, bir çox hallarda təzyiqlərə səbəb ola bilər. Digər tərəfdən səsvermənin gedişinə maneə olan halların ortaya çıxması halları ola bilər. Buna görə də biz təklif edirik ki, səsvermə qapalı olsun. Qanunverilikdə açıq səsvermə ifadəsinin qarşısından "açıq" sözü çıxarılsın".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31