Azərbaycanda yeni qanunun qəbul edilməsi təklif edilir

Azərbaycanda peşəkar birlikləri haqqında qanun hazırlamaq lazımdır.

Olaylar.az xəbər verir ki, bu təkliflə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Qiymətləndirmə fəaliyyəti haqqında" qanun layihəsinin müzakirəsi zaman komitə sədri Tahir Mirkişili çıxış edib.

O qeyd edib ki, Azərbaycanda yaradılması nəzərdə tutulan Qiymətləndiricilər Palatası dövlət təşkilatı deyil, qiymətləndiriclərin özlərinin yaratdığı bir təşkilatdır.

"Amma bunların bir səlahiyyəti olmalıdır. Səlahiyyət olmasa, bu Palatanı yaratmağın bir mənası qalmır. Dünyanın əksər ölkələrində peşəkar birliklərə dövlətin verdiyi səlahiyyətlər var. Bu səlahiyyətlər ondan ibarətdir ki, peşəkar birliklərin verdiyi qərar hər kəs üçün məcburidir.

Türkiyədə peşəkar birliklərin həddən çox səlahiyyətləri var. Məsələn, aşpazların, bərbərlərin, taksi sürücülərinin peşəkar birlikləri var. Bu birliklərin verdiyi qərarlar hər kəs üçün məcburidir. Onlar qiyməti edirəcəklərsə, endirəcəklər. Avstriyanın konstitusiyasında yazıblar ki, istənilən sahibkarlıq subyekti hansısa peşəkar birliyə üzv olmalıdır", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31