Deputatlarımız MDB PA-nın tədbirlərinə qatılacaqlar

Oktyabrın 24-də Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, deputatlar Tamam Cəfərova və Sabir Hacıyev MDB PA-nın tədbirlərində iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, səfər çərçivəsində deputatlar MDB PA-nın Elm və təhsil, Mədəniyyət, informasiya turizm və idman, Hüquqi məsələlər daimi komissiyalarının iclaslarında, həmçinin beynəlxalq konfransda iştirak edəcəklər. Səfər çərçivəsində Milli Məclisin komitə sədri Bəxtiyar Əliyevin MDB regionunda inteqrasiya mövzusuna həsr olunmuşbeynəlxalq konfransda çıxışı nəzərdə tutulur.

Deputatların səfəri oktyabrın 28-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31