Ceyhun Bayramov İrana getdi - “3+3” formatında görüşdə iştirak edəcək
23 Oktyabr 2023 11:46 SiyasətAzərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov "3+3" formatında birinci nazirlər görüşündə iştirak etmək məqsədilə İran İslam Respublikasına işgüzar səfərə yola düşüb.
Olaylar.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun tədbirdə çıxışı, eləcə də ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31