Azərbaycan hər zaman İslam həmrəyliyinə sadiq qalıb - ÖZƏL
23 Oktyabr 2023 10:43 Siyasət"Azərbaycan hər zaman İslam həmrəyliyinə sadiq qalıb. Azərbaycan bunu dəfələrlə həm bəyan edib, həm də əməldə göstərib". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, Azərbaycan dəfələrlə onu da bəyan edib ki, beynəlxalq hüquq normaları, habelə müvafiq BMT qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması ilə iki dövlət prinsipi əsasında həllinə tərəfdardır:
"Eyni zamanda Azərbaycan Fələstinli qaçqınlara dəstək məqsədilə BMT-nin Yaxın Şərq Agentliyinə 1,6 milyon dollar maliyyə dəstəyi göstərib. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə Fələstin probleminə xüsusi diqqət yetirib, bu xüsusda Hərəkatın Fələstin üzrə Nazirlər Komitəsinin işinin gücləndirilməsi istiqamətində səylərini əsirgəməyib. Azərbaycan bu gün də Fələstin probleminin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həllinə nail olmaq üçün səylərini davam etdirir".