Milli Məclisin deputatları Serbiyaya səfər edəcəklər

Milli Məclisin Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı, qrupun üzvləri Jalə Əhmədova, Asim Mollazadə və Mahir Abbaszadə oktyabrın 24-də Serbiyanın paytaxtı Belqrad şəhərinə səfər edəcəklər. Milli Məclisin Mətbuat və  ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, səfər Serbiya Respublikası Milli AssambleyasınınAzərbaycanla parlament dostluq qrupunun sədri DuşanMariçin dəvəti ilə baş tutacaq.

Deputatlarımız Serbiya Milli Assambleyasında bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin inkişafı, parlament dostluq qruplarının əməkdaşlığı, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsinə dairmüzakirələr aparacaqlar. Səfər oktyabrın 26-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31