"İkitərəfli əməkdaşlığımızın daha da genişləndirilməsini səbirsizliklə gözləyirik!”
21 Oktyabr 2023 19:59 SiyasətAzərbaycan ilə Braziliya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi sosial şəbəkədə paylaşım edib.
"Bu gün, 30 il əvvəl Azərbaycan ilə Braziliya arasında diplomatik münasibətlər qurulub. Bu əlamətdar günlər əlaqədar dost Braziliya xalqına ən xoş diləklərimizi göndərir və ikitərəfli əməkdaşlığımızın daha da genişləndirilməsini səbirsizliklə gözləyirik!", - paylaşımda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31