Avropa parlamenti Azərbaycana münasibətdə ədalətli ola bilməyib
20 Oktyabr 2023 16:24 Siyasət"Son dövrlər Avropa Parlamenti və siyasilər arasında Azərbaycana qarşı münasibətdə destruktiv yanaşmanın daha da artığının şahidi oluruq. Ölkəmizin separtçı qondarma rejim üzərində uğurlu antiterror tədbirləri həyata keçirməsi və ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi həmin qurumlarda ikrah hissi formalaşdırıb. Çünki rəsmi Vaşinqtonla bərabər Qərb vasitəçiliyinin tərəfi olan Avropa İttifaqı istiqamətindən Azərbaycan Ermənistan münasibətləri kontekstində danışıqların Qarabağlaşdırılması cəhdləri edilirdi. Lakin ölkə başçısı artıq münaqişənin bitdiyini və onun hər hansı bir müzakirə mövzusu olmadığını dəfələrlə qeyd edib". "OLAYLAR" xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq mıəsəlkələr üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə. ancaq görünən odur ki, Avropa rəsmiləri regionda mövcud geosiyasi reallıqları qəbul edə bilmir, sülh danışıqlarını dəstəkləmək əvəzinə əsassız fikirlər və yanaşma nümayiş etdirir, bununla paralel rəsmi İrəvana təhrikedici dəstək göstərməklə regional sabitliyə, tərəqqiyə əngəl törədir:
"Bu aspektdə birliyin aparıcı üzvlərindən biri olan Fransanın fəaliyyəti danılmazdır. Cənubi Qafqaz regionu ilə bağlı xüsusi maraqları olan rəsmi Paris, yaranmış situasiyadan öz maraqlarının təmini üçün istifadə etmək istəyir. Nikol Paşinyanın antirusiya mövqeyi Makron hökumətinin iştahını bir xeyli qabardır. Fransanın əsas istəyi Rusiyanı regiondan uzaqlaşdırmaq, Ermənistan üzərindən Cənubi Qafqaz və Orta Asiyada varlıq nümayiş etdirməkdir.
Yəni, Afrikada uğursuzluqla nəticələnən nelokolonialist siyəsəti kompensasiya etmək. Ona görə də, Avropa İttifaqının bu tip mövqe sərgiləməsi təəcüblü deyil və ilk də deyil. Bu zamana qədər Avropa parlamenti Azərbaycana münasibətdə ədalətli ola bilməyib, əksər hallarda ikili standarlardan çıxış edib, Ermənistan tərəfindən 30 ilə yaxın torpaqlarımızı işğal edilməsinə və beynəlxalq hüququn kobud şəkildə pozulmasına hər hansı bir ciddi münasibət bildirməyib. Uzun illər ərzində öz doğma torpaqlarından zorla çıxarılan soydaşlarımıza hər hansı bir maddi, humanitar yardım edilməyib və öz istəkləri daxilində Qarabağı tərk edən ermənilərə milyonlara vəsait ayrılıb, hümanitar yardım göstərilib. Təbi ki, bütün bu davranış şəkili, qeyri-səmimi münasibət birlik üçün önəmli dövlət olan Azərbaycanı narahat etməyə bilməz. Çünki rəsmi Bakı qoca qitənin artan enerji tələbatı fonunda kifayət qədər vacib bir rol oynayır və bir sıra dövlətlərin bunu etiraf etdiyinin şahidi oluruq. Lakin ayrı-ayrılıqda erməni lobbisindən qidalanan siyasilərin şəxsi maraqlarını ittifaq səviyyəsinə qaldırması qurumunun nüfuzuna ciddi xələl gətirir".
