Türkiyə-İsrail münasibətləri yenidən gərginləşəcək? - ÖZƏL

"Qəzza müsəlman dünyasının yaralı yeri olub, indi də belədir. Bütün İslam dünyasının Qəzza xalqı üçün səfərbər olması çağırışları təbii haldır". "OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki,  amma burada elə nüanslar vardır ki, bir sıra müsəlman dövlətlərinin buna qarışması mürəkkəb məsələdir:
"Məsələn, Misir 1978-ci il 19 sentyabr Kemp-devid müqaviləsi ilə İsrailin işğal etdiyi hesab olunan ərazilərini tanıyıb. BƏƏ, Bəhreyn,  Mərakeş və Sudan 2020-ci il Avraham müqaviləsi ilə də İsraillə əlaqələr qurub. Bu baxımdan bu ölkələrin İsrailə qarşı çıxmaq maraqları yoxdur. Əks halda bu, həmin müqavilələrdən çıxmaq anlamına gəlir ki, bu da onlar üçün arzu edilən hal deyil. Səudiyyə Ərəbistanı ilə də belə bir anlaşma hazırlanırdı". 
Politoloq deyib ki, Türkiyənin Qəzza hadisələrinə reaksiyası təbiidir:
"Türkiyə İslam  dünyasının lideri olmaq uğrunda mübarizə aparan dövlətdir. Odur ki, onun reaksiyası təbiidir. Amma hesab etmirəm ki, "Mavi Mərmərə" olayı həddinə çatacaq diplomatik krizin olması ehtimalı olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31