Ermənistanın Azərbaycana qarşı ədalətsiz siyasətini dəstəkləyən ölkələrə qarşıyam - Efiopiya nümayəndəsi

Daima Ermənistanın Azərbaycana qarşı ədalətsiz siyasətini dəstəkləyən ölkələrə qarşı çıxış edirəm.

Olaylar.az xəbər verir ki, bunu jurnalistlərə Efiopiyanın nümayəndəsi Fekadu Demisse deyib.

"Mən daima Azərbaycana qarşı Ermənistanı dəstəkləyən ölkələrin ədalətsizliyinə və qərəzliliyinə qarşı çıxış edirəm. Bu cür praktikalara qəti narazılığımı bildirirəm", - deyə Demisse vurğulayıb.

O, həmçinin, Qərb ölkələrinin post-müstəmləkə ölkələrinə qarşı siyasətinin ədalətsiz olduğunu qeyd edib.

"Qərbin öz maraqları var və adətən, onları prioritet olaraq müəyyən edir. Lakin ikili standartlar tətbiq etmədən, universal prinsiplərə riayət etməyin üsulu olmalıdır. Bu, söhbətin hansı ölkədən və birlikdən getməsindən asılı olmayaraq, norma olmalıdır. Balans, tənzimləmə və adaptasiya - daha müasir və davamlı cəmiyyətin və ya birliyin yaradılmasının açarı bax budur", - deyə Demisse əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31