Avropa institutları Ermənistanı Azərbaycana qarşı növbəti təcavüzə və revanşizmə təhrik edir - ÖZƏL
20 Oktyabr 2023 13:59 Siyasət"Avropa Şurası, Avropa Parlamenti və digər bu kimi qurumların Azərbaycan əleyhinə qətnamələr qəbul etməsi, Ermənistanı dəstəkləyən mövqedən çıxış etmələri ilk dəfə deyil. Biz indiyə qədər də dəfələrlə bu cür mövqenin şahidi olmuşuq".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, Avropa Parlamenti daim anti-Azərbaycan fəaliyyəti ilə məşğul olub və bu fəaliyyət birbaşa ermənilərin Qərb havadarlarının, xüsusilə də Fransanın sifarişi ilə həyata keçirilib:
"Təsadüfi deyil ki, 1988-1994-cü illərdə Ermənistan, Qarabağ və ətraf 7 rayondan 1 milyonadək insanın zorakı şəkildə evlərindən qovulması ilə bağlı hər hansı etiraz səsi ucaltmayan Avropa Parlamenti Azərbaycanın 19-20 sentyabr 2023-cü il tarixdə həyata keçirdiyi antiterror tədbirlərini və erməninin könüllü şəkildə Qarabağı tərk etməsi faktını təhrif edərək Azərbaycan əleyhinə qətnamə qəbul edib.
Qətnamədə Avropa dövlətlərinin Azərbaycanla enerji əməkdaşlığını dayandırmasına, iqtisadi münasibətlərə təkrar baxılmasına, ölkəmizə qarşı sanksiyaların tətbiqinə dair çağırışlar yer alır. Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi Qətnamədə Qarabağda həbs olunaraq Bakıya gətirilən separatçı-terrorçuların azad olunması kimi tələblər də əks olunub. Və bu öhdəliklər yerinə yetirilməyəcəyi halda 2024-cü il sessiyasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılacağı kimi hədə-qorxular da var. Təsəsvvür edirisinizmi Avropa institutları "Gəncənin bombalanması əmrini mən vermişəm" deyən bir terrorçunun və digər onun kimilərin azad olunması tələbi ilə çıxış edir".
Yusif Bağırzadə qeyd edib ki, Azərbaycan əleyhinə qəbul edilmiş bu tip Qətnamə və tövsiyyələr Avropa instututlarının beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də bütün üzv dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı öhdəliklərini bir daha təsdiq edən əsas qərar və sənədlərinə açıq şəkildə zidd olmaqla yanaşı, Ermənistanı Azərbaycana qarşı növbəti təcavüzə və revanşizmə təhrik edir:
"Terrorçuluğa qarşı 24 saatlıq lokal mübarizə tədbirlərinə aparan hadisələrin təhrif olunmuş şəkildə təqdim edilməsi, habelə regiona səfər edən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının müsbət qiymətləndirməsinə və Azərbaycanın yerli əhaliyə qarşı hər hansı zorakılıq tətbiq etmədiyini təsdiqləməsinə baxmayaraq, bu cür sənədlərin qəbulu Azərbaycana qarşı uzunmüddətli qərəzin göstəricisidir. Cənubi Qafqazda sülhə, sabitliyin bərqərar olunmasına maraqlı olduğunu bəyan edən bu cür təşkilatlar əslində öz fəaliyyətləri ilə prosesə çox ağır zərbələr vurur və vəziyyəti daha da ağırlaşdırırlar".
Yusif Bağırzadə deyir ki, onların bu təlaşının səbəbləri bəllidir:
"30 il ərzində ərazilərimizdə hər növ qanunsuz əməllər törətmiş terrorçu-separatçı şəbəkəni bəsləməklə bölgəyə nəzarət etməyə çalışan ayrı-ayrı dövlətlər indi təsir mexanizmləri əllərindən çxıdığına görə nə edəcəklərini bilmirlər. Digər bir tərəfdən isə uzun illər ərzində əməkdaşlıq etdikləri və hal-hazırda məhkəmə qarşısına çıxarılan terrorçuların onlarla əməkdaşlığıa dair sirlərinin üstünün açılacağından da narahatdırlar. Narahat olanların hər biri bu dəqiqə qəbul etdikləri qətanamədən daha çox Ruben Vardanyanın onlarla əlaqələri barədə nələri söyləyəcəklərindən qorxurlar. Hansı avrolı deputatların erməni lobbisinin pulları ilə ələ alındığının üstünün açılacağından narahatdırlar. Odur ki, heç bir fakta əsaslanmadan "etnik təmizləmə", "mülki əhaliyə qarşı zorakılıq" kimi nağıllar uyduraraq ölkəmizə qarşı təzyiq edəcəklərini düşünrlər. Amma anlamırlar ki, bu, bizi nə yolumuzdan, nə də mövqeymizdən çəkindirə bilməz".