Fransa ilə danışıqlar aparmaq çox çətindir - Jan-Jakob Bisep
20 Oktyabr 2023 14:03 SiyasətQvadelupa hazırda Fransanın kolonializm siyasətinə qarşı mübarizə aparır. Fransa ilə danışıqlar aparmaq çox çətindir.
Olaylar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin Baş katibi Jan-Jakob Bisep söyləyib.
"Bu ölkə özünü insan hüquqların beşiyi sayır, halbuki Fransanın özündə insan hüquqları açıq-aşkar pozulur", - deyə Qvadelupa təmsilçisi əlavə edib.
Qeyd edək ki, bu gün Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda 14 ölkədən, eləcə də, Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin (Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa), həmçinin, Korsika təmsilçiləri də iştirak edir.
Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.
BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.