Avropanın müstəmləkə dövlətləri məsuliyyətlərini qəbul etməlidir - Keniya nümayəndəsi
20 Oktyabr 2023 13:57 SiyasətAvropanın müstəmləkə dövlətləri dialoqa cəlb edilməli və post-müstəmləkə ölkələrinin durumuna görə öz məsuliyyətlərini qəbul etməlidir.
Olaylar.az xəbər verir ki, bunu "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda keçirilən konfransda çıxışında Keniyanın səhiyyə proqramları üzrə direktoru Kristina Yahama deyib.
"Biz müstəmləkəçiliyə meydan oxumağa çağırırıq. Keniyanın səhiyyə sistemi ürəkaçan vəziyyətdə deyil. Fransa, əsasən, səhiyyəyə deyil, infrastruktura investisiya qoyur", - deyə Yahama vurğulayıb.
Onun sözlərinə görə, müstəmləkəçi imperiyalar post-müstəmləkə ölkələrində investisiya strategiyasını təkrar gözdən keçirməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31