Makron yeni müstəmləkəçilik siyasəti aparır - Yeni Kaledoniya nümayəndəsi
20 Oktyabr 2023 13:57 SiyasətOlaylar.az xəbər verir ki, bunu "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda keçirilən konfransda çıxışında Yeni Kaledoniya nümayəndəsi Kayizi Pier deyib.
"Ölkəmizin gələcəyi ilə bağlı qərarlar bizim və tərəfimizdən yaradılmış institutlar tərəfindən qəbul edilməlidir. Fransa bizi azadlıq imkanından məhrum edib və müstəqilliyimizi tanımaq istəmir. Makronun hazırda Fransada yeritdiyi siyasət müstəmləkəçilik siyasətidir", - deyən Kayizi Pier Yeni Kaledoniyanın məqsədinin Fransadan müstəqillik əldə etmək olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31