Polşada həbs olundum, dedilər ki, Fransadan təlimat alıblar - İnsan haqları təşkilatının icraçı direktoru
20 Oktyabr 2023 13:37 SiyasətFransa hakimiyyəti insan haqları təşkilatlarının fəaliyyətinə mane olur.
Olaylar.az xəbər verir ki, bunu "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda keçirilən konfransda çıxışında Böyük Britaniyanın "CAGE" müstəqil insan haqları təşkilatının icraçı direktoru Məhəmməd Rabbani deyib.
"Mən insan haqları təşkilatında çalışıram. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Polşada konfransı keçirilən zaman mən ölkəyə gələn kimi Polşanın hakimiyyət orqanları tərəfindən həbs olundum. "Niyə?" sualına cavab olaraq Polşa hakimiyyət orqanları aydın şəkildə bildirdi ki, bunun üçün Fransadan təlimat alıblar. Sonra isə Polşadan deportasiya olundum", - o deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31