DİN Bakıda əməliyyat keçirdi - 82 nəfər tutuldu - VİDEO

Paytaxt ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

Şərurda qətlə yetirilən şəxs kriminal avtoritetin qardaşıdır - TƏFƏRRÜAT

Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dünən keçirilən növbəti tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 51 fakt aşkar edilib. İctimai yerlərdə narkotik maddələrin təsiri altında olan 82 nəfər saxlanılıb.

Narkotik vasitələrin qrup halında qəbul edildiyi daha 5 məkan müəyyən olunub. Qanunsuz dövriyyədən 5 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Bundan əlavə, saxlanılan şəxslərdən 1 ədəd "Kalaşnikov" avtomatı, 4 ədəd patron və patron darağı aşkar olunaraq götürülüb. Aşkarlanan faktlarla bağlı əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri tədbirlər davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31