Fransa Afrika ölkələrinin xammalını istismar edir - Martinika Azadlıq Partiyasının nümayəndəsi
20 Oktyabr 2023 13:12 SiyasətFransa Afrika ölkələrinin xammalını istismar edir.
Olaylar.az xəbər verir ki, bunu "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda keçirilən konfransda çıxışında Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol deyib.
"Fransa müstəmləkəçi ölkədir. O, təkcə müstəmləkəçiliklə məşğul olmur, həm də neokolonial hökmranlıq formasında Afrikada yoxsulluğu dəstəkləyir. Misal üçün, Fransa Niger, Mali, Burkina-Faso və Qvineyanın xammalını istismar edir və burada hərbi və iqtisadi baxımdan dominantlıq edir",- deyə Kerol vurğulayıb.
Onun sözlərinə görə, BMT kolonializmə qəti şəkildə son qoymağa çalışdığını desə desə də, bu kolonializm özünü "insan haqları ölkəsi" adlandıran dövlət tərəfindən dəstəklənir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31