İrəvanda Qarabağ separatçılarının “nümayəndəliyi”nə basqın - VİDEO
20 Oktyabr 2023 13:10 Siyasətİrəvanda bir qrup şəxs etiraz aksiyasından sonra Qarabağ separatçılarının İrəvandakı "nümayəndəliyi"nin binasına daxil olub.
Olaylar.az bildirir ki, onlar Qarabağın qondarma qurumlarının işçilərinə maaşların verilməsinin dayandırılmasına etiraz ediblər.
Binada Qarabağ separatçıların sonuncu başçısı Samvel Şahramanyan da var.
Etirazçıların separatçıların sabiq "müdafiə naziri" Samvel Babayanın tərəfdarı olduğu və Samvel Şahramanyanla görüş tələb etdiyi bildirilir. APA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31