Məhkəmədə baxılan işlərin 50 %-dən çoxu narkotiklə bağlıdır- Deputat
20 Oktyabr 2023 12:43 Siyasət"Xüsusilə az miqdarda narkotik vasitələrdən söhbət gedəndə rəqəmlərin daha elastik verilməsi yaxşı olar. Belə variant məhkəmə praktikasında halların araşdırılmasına da şərait yaradır". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deyən deputat Fazil Mustafanın sözlərinə görə, bu rəqəmlərin dəqiq verilməsi hakimlərin işini xeyli çətinləşdirir: "Biz narkotiklə mübarizəyə ictimaiyyəti effektiv cəlb edə bilmirik. Məhkəmədə baxılan işlərin 50 %-dən çoxu narkotiklə bağlıdır. Penitensiar Xidmətlə maraqlansaq, məhbusların çoxu bu qanun pozuntusu ilə bağlıdır. Xeyli hakimlər bizə şikayət edirlər ki, rəqəmlər elastik olarsa ağır cəza verməmək olar. Bu da həmin insanların müalicəsi, islah işlərinə cəlb edilməsinə şərait yarada bilər".