Azərbaycanda üç qanun ləğv olunacaq
20 Oktyabr 2023 12:15 SiyasətAzərbaycanda üç qanun ləğv olunacaq.
Olaylar.az xəbər verir ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi ilə "Haqsız rəqabət haqqında", Antiinhisar fəaliyyəti haqqında" və "Təbii inhisarlar haqqında" qanunlar ləğv ediləcək.
Məsələ ilə bağlı hazırda qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırma aparılır.
Qeyd edək ki, bu gün "Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında" qanun layihəsi ikinci oxunuşda Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31