Qərb dairələrində Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edilir
20 Oktyabr 2023 11:48 Siyasət"Qərb dairələrində Azərbaycana qarşı qərəzli qətnamələrin qəbulu ölkəmizin gücünü göstərən amildir". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib: "Amma buna baxmayaraq Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərini uğurla icra edir: Bu ərazilərdə iqtisadi inteqrasiya həyata keçirilir. Burada aparılan işlər bölgənin ümumi daxili məhsuldakı payını daha da artıracaq. Qısa zamanda bu ərazilərin iqtisadi potensialından daha səmərəli istifadə olunacaq!".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31