Avropa İttifaqı ikiüzlü siyasətini açıq şəkildə ifadə edir - Deputat

"Avropa İttifaqı bu gün Ermənistanla münasibətdə tamam fərqli mövqe tutub". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azər Badamov deyib. "Ermənistanın I Qarabağ müharibəsi zamanı azərbaycanlılara qarşı etmiş olduğu soyqırımı və etnik təmizləmə siyasətini nədənsə Avropa Birliyi görmür və görmək istəmir. Amma bunun əvəzinə guya ermənilərin II Qarabağ müharibəsində itkin düşdüyünü iddia edən Avropa İttifaqı ikiüzlü siyasətini açıq şəkildə ifadə edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31