Bundan sonra da Azərbaycan əleyhinə qərarlar qəbul ediləcək - Deputat
20 Oktyabr 2023 11:34 Siyasət"Azərbaycan öz torpaqlarında antiterror tədbirləri həyata keçirib və buna görə hansısa ölkələrə hesabat vermək məcburiyyətində deyil". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Qasımlı parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan onların səlib yürüşlərinə son qoyub: "30 il ərzində Azərbaycan xalqına qarşı törədilən cinayətlərə, soyqırımlarına niyə səs çıxarmayıblar? Biz hər birimiz bilməliyik ki, bundan sonra Azərbaycan əleyhinə qərarlar qəbul ediləcək. Bu baxımdan xalqımız, diasporamız bütün bunlara hazırlıqlı olmalı və bu cür hallarda yerindəcə lazımi cavablarını verməlidirlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31