Fransa bizi xalq kimi qəbul etmir, hüquqlarımız tapdalanır - Moris Pindard

Biz Fransaya görə maliyyə, iqtisadi baxımdan asılı vəziyyətdə qalırıq. Ölkəmizdəki qızıllar çıxarılır və Fransaya aparılır. Qızıllar çıxarılanda çaylarımız çirklənir, təbiətimiz zərər görür.

Olaylar.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda keçirilən konfransda çıxışında Fransız Qvianasının Sosial Azadlıq və Dekolonizasiya naminə Hərəkatının üzvü Moris Pindard deyib.

"Fransa şirkətləri meşələrimizdən, təbii resurslarımızdan istifadə edir. Bizim üçün öz ölkəmizdə heç bir gəlir yoxdur. Həmçinin mədəniyyət sahəsində də dominantlıq var. Buralarda dərslər Fransa ilə bağlı dərsliklərdən keçilir. Onlar bizi xalq kimi qəbul etmir, insan hüquqlarımız tapdalanır. Buna görə küçələrə çıxıb etiraz edirik", - deyə M. Pindard qeyd edib.

O bildirib ki, biz öz ölkəmizdə, torpaqlarımızda bütün ssərvətlərimizdən istifadə etmək istəyirik. Bunun üçün bizə müstəqil ölkələrin dəstəyi lazımdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31