Ermənilərin Qarabağa qaytarılması mümkündürmü? - ÖZƏL

"Ermənistan müxalifəti Vazgen Manukyanın başçılığı ilə Milli Komitə formalaşdırıb. Vazgen Manukyan tələblərindən biri Qarabağa ermənilərin qayıtmasını BMT mandatı və beynəlxalq missiya tərkibində həyata keçirilməsini şərt kimi irəli sürüb. Ermənistan müxalifəti və iqtidar ermenilərin Qarabağa qayıtması üçün yekdil mövqeyə malikdir".
Olaylar xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, məhz Ermənistan hakimiyyəti bunu sülh müqaviləsinin tərkibində yer almasında maraqlıdır: "Ona görə də müxalifət bu məsələdə N. Paşinyanın qarşısında şərt qoyub. Ümumiyyətlə, Azərbaycan ermənilərin geri qayıtmasını Qərbi azərbaycanlıların geri qaytarılması ilə bağlı paralel aparmalıdır.
Ermənistan müxalifətinin qərbpərəst siyasəti onların Qərbin dəstəyinin alacağını mənasına gəlmir. Vazgen Manukyan bu dəstəyə ümid etsədə Qərb N. Paşinyanın üzərində dayanacaq. Ermənistan da müxalifətin fəallaşması istiqamətində xarici dəstəyin verilməsi gözlənilmir. Rusiyaya yaxın müxalifətin aktivləşməsi isə, ciddi perspektiv təşkil etmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31