Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha uca zirvələr fəth edəcək - ÖZƏL
18 Oktyabr 2023 10:56 Siyasət"Dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər, ölkəmizin suverenliyinin bərpası bu uğurların məntiqi nəticəsidir".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova Azərbaycanın Müstəqilliyini bərpa etməsinin 32-ci ildönümünə nəzər salarkən səsləndirib. Millət vəkilinin sözlərinə görə, Azərbaycan xalqı əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha uca zirvələr fəth edəcək, işğaldan azad edilmiş ərazilərimiz dünyanın ən dilbər və müasir guşələrindən birinə çevriləcəkdir:
"Zəfərlərimiz davamlı, müstəqilliyimiz əbədi olsun".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31