İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Böyük Qələbələrə imza atıb - ÖZƏL

"1991-ci il oktyabrın 18-də "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Aydın Hüseynov deyib: "Müstəqillik haqqında aktın qəbul olunmasının 30-cu il dönümündə biz  həm müstəqilliyimizin bərpasının 30-cu il dönümünü , həm də 44 günlük Vətən müharibəsinin, torpaqlarımızın azad edilməsinin üçüncü ildönümünü qeyd edirik. Dövlət müstəqilliyinin əldə edilməsi xalqımızın ən böyük nailiyyətlərindən biridir. Əldə edilmiş müstəqilliyin qorunub saxlanılması, möhkəmləndirilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Böyük Qələbələrə imza atıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31