Füzuli işğal dövründə ən çox dağıntılara məruz qalmış rayondur - ÖZƏL
18 Oktyabr 2023 10:28 Siyasət"İşğaldan əvvəl tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin olan Füzuli rayonu ərazisində həmin dövrdə 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. İşğal dövründə erməni vandalları xalqımıza məxsus olan tarixi-mədəni irsin bütün bu nümunələrini talan edərək dağıdıblar". Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamaləddin Qafarovun sözlərinə görə, məhz Füzuli işğal dövründə ən çox dağıntılara məruz qalmış rayondur: " Füzuli şəhəri ermənilər tərəfindən tamamilə yerlə-yeksan edilib. Rayon ərazisində bir dənə salamat kənd, bir dənə salamat bina qalmayıb. İşğal başa çatdıqdan sonra buraya gələn hər bir insan erməni vəhşiliyinin, erməni vandallığının şahidi olur. Təsadüfi deyil ki, ermənilər öz vəhşiliklərini gizlətmək üçün işğal dövründə buraya heç kimi, hətta beynəlxalq təşkilatların nümayəndələrini də buraxmırdılar."