Xudafərin həm də milli qürur məsələsi idi - ÖZƏL

"Xudafərin körpüsü Azərbaycan xalqının milli sərvətidir, Azərbaycan xalqının istedadının sübutudur". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili, Milli Məclisin komitə sədri Hicran Hüseynovanın sözlərinə görə, Xudafərin körpüsünün işğaldan azad edilməsindən 3 il ötür: "18 Oktyabr 2020-ci tarixində müzəffər Azərbaycan Ordusu xalqımızın mənəvi birliyinin simvolu sayılan Xudafərin körpüsünü işğalçılardan azad edərək Azərbaycan xalqının və dövlətinin taleyində, həyatında müstəsna əhəmiyyəti olan Xudafərin körpüsünün üzərində bayrağımızı yenidən dalğalandırdı. Bu gün Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağı dalğalanır. Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsi idi. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan ərazilərimizdəki tarixi abidələrimizin də dağılması bizi çox sarsıdırdı. Artıq Xudafərin onun dəyərini bilən, tarixinin bir parçası olan övladları ilə birlikdədir.
Xudafərin körpüsü Azərbaycan xalqının milli sərvətidir. Biz sadəcə bizə məxsus olanı özümüzə qaytardıq, uzun illər sonra dünyanın görməzdən gəldiyi ədaləti bərpa etdik. Allah torpaqlarımızı, o cümlədən Xudafərin körpüsünü işğaldan azad edən bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlıq versin. Xudafərin bizimdir, Qarabağ Azərbaycandır!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31