Diplomatlar Füzulidə parta arxasında - FOTO
17 Oktyabr 2023 22:48 SiyasətXəbər verdiyimiz kimi, Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd olunub.
Olaylar.az -a xəbər verir ki, həmin gün münasibətilə Füzuliyə yollanan diplomatlar şəhərin Mirzə Uluğbəy adına məktəbində parta arxasında əyləşiblər.
Əyləşənlər sırasında Rusiya, Özbəkistan, Rumuniya, Britaniya, Argentina, Litva, Braziliya, Ukrayna, Ərəb Əmirlikləri səfirləri və diplomatları, həmçinin Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov da olub.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31