Azərbaycan səfiri etimadnaməsinin surətini İraqın xarici işlər nazirinə təqdim edib - FOTO

Azərbaycanın İraqa yeni təyin olunan səfiri Nəsir Məmmədov etimadnaməsinin surətini İraq Baş nazirinin müavini - xarici işlər naziri Fuad Hüseynə təqdim edib.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, təqdimatdan sonra aparılan söhbət zamanı ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatda müsbət əməkdaşlığın davam etdirilməsi, bununla yanaşı, iqtisadi-ticari, siyasi və humanitar sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31