Paşinyan Rusiyanı Ermənistanda hakimiyyəti devirmək cəhdində ittiham edib

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanı Ermənistanda hakimiyyəti devirmək cəhdində ittiham edib.

Olaylar.az xəbər verir ki, Paşinyan bu barədə Avropa Parlamentində çıxışında deyib.

"Təhlükəsizlik üzrə müttəfiqlərimiz Ermənistanda demokratik hakimiyyəti devirməyə ictimai çağırış edirdilər", - o deyib.

Ermənistanın baş naziri məhz "rus sülhməramlılarının fəaliyyətsizliyi sayəsində ermənilərin Qarabağı tərk etdiyini" əlavə edib.

Xatırladaq ki, baş nazir Paşinyan bundan əvvəl rus sülhməramlıları ölkəsinə buraxmayacağını bildirib.

Onun sözlərinə görə, Qarabağdakı rus sülhməramlıları bölgəni tərk edəcəksə, Rusiyaya qayıtmalıdır, Ermənistanda yerləşməli deyil.

Həmçinin, Paşinyan oktyabrın 13-də Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirakdan imtina edib. O, Qırğızıstan prezidenti Sadır Japarovla telefon danışığında tədbirdə iştirak etməyəcəyini bildirib.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31