Macarıstanda Nizami Gəncəvinin büstünün açılış mərasimi olacaq
17 Oktyabr 2023 15:29 SiyasətMilli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli oktyabrın 18-də Macarıstanın Budapeşt şəhərinə səfər edəcək. Olaylar xəbər verir ki,
Milli Məclisin Macarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli səfər çərçivəsində bu ölkənin Lakitelek şəhərində Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstünün açılış mərasimində iştirak edəcək, o cümlədən Macarıstan parlamentində ikitərəfli görüşlər keçirəcək.
Səfər oktyabrın 19-da başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31