Spiker erməni terrorundan danışdı

"Deyirlər ki, xeyirlə şər qoşadır. Mən bu gün tariximizin kədər dolu bir gününü də Sizin yadınıza salmaq istəyirəm. Bildiyiniz kimi, üç il öncə bu gün erməni silahlı birləşmələri Gəncə şəhərinin mərkəzini qadağan olunmuş silahlar, o cümlədən ballistik raketlər ilə atəşə tutmuşlar. 15 nəfər dinc sakin həyatını itirmiş, 79 mülki şəxs yaralanmışdır". Olaylar xəbər verir ki, bunu MM sədri Sahibə Qafarova deyib: "Biz həm Gəncə şəhərində, həm də Azərbaycanın digər yaşayış məntəqələrində erməni terroru nəticəsində həlak olmuş dinc sakinlərin yaxınlarına səbir diləyirik.  

Allah bütün şəhidlərimizə rəhmət eləsin. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31