“Hərbçilərin maaşı qaldırılmalıdır”

"Hərbçilərin maaşının qaldırılmasına ehtiyac var".
Bu təkliflə deputat Tahir Kərimli parlamentdə büdcə müzakirələrində çıxış edərkən deyib.

T. Kərimli həmçinin dövlət televiziyasına da əlavə texniki qurğuların alınması üçün vəsaitin ayrılmasını təklif edib: "Biz müharibə vaxtı hadisələrdən canlı yayımları Türkiyə telekanallarından canlı izləyirdik. AzTV-nin səyyar qurğulara ehtiyacının olduğunu gördük. Ona görə də bu kanala əlavə vəsaitin ayrılması yaxşı olardı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31