İlham Əliyev: Dövlətin nə qədər gücü olsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir
17 Oktyabr 2023 13:35 SiyasətPrezident İlham Əliyev vurğulayıb ki, dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 17-də "Füzuli Şəhəri Günü"ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
"O (əsgər, zabit - red.) gedir, o, sinəsini qabağa verir, o, ölümə gedir və Bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir və silinməyəcək", - deyə dövlətimizin başçısı vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31