Qanuna bu dəyişiklik şəffaflıqla bağlı problem yaradacaq
17 Oktyabr 2023 13:30 SiyasətÇağırış komissiyaları qurum rəy verməsə, hər hansı qərar qəbul edə bilməyəcək. Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun layihəsinə təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, məsuliyyətin bir neçə qurum arasında bölüşdürülməsi şəffaflıqla bağlı problem yaradacaq.
"İndi ilkin tibbi müayinə üçün həkimlər yığılacaq. Bu həm də vəsait deməkdir. Orada hər hansı narazılıq olarsa, məhkəmə kimi yuxarı quruma müraciət olunacaq. Bu həm də dolaşıqlıq yarada və qurumlararası problemə səbəb ola bilər. Ona görə də bunun 1 qurumun həyata keçirməsinin yollarını tapmaq olar. Yekun tibbi müayinə demək ilkin tibbi müayinənin tanınmamasıdır. Mexanizmin özünün mürəkkəb olması qurumlar arasında məsuliyyət bölgüsünün ziddiyyətli şəkildə bölünməsidir. Qurumlar məsuliyyəti bir-birinin üzrinə atacaq. Xaricdə əsgərlikdən 3-4 il əvvəl çaörıırlar və yoxlanış olur. Bizdə də belə etməliyik. Xəstəliyi olanlara müalicə imkanı yaradılmalıdır. İkinci məsələ narkotiklə bağlıdır. Yəni narkotik istifadə edən əsgərliyə getmədi məsələ bitdi olmamalıdır. Onların müalicəsi təmin edilməlidir".