Narkotik istifadə edənlər müaicə olunaraq əsgərliyə getməlidirlər - DEPUTAT
17 Oktyabr 2023 13:06 Siyasət"Müvafiq qurum rəy verməsə, çağırış komissiyaları hər hansı qərar qəbul edə bilməyəcək. Məsuliyyətin bir neçə qurum arasında bölüşdürülməsi şəffaflıqla bağlı problem yaradacaq". Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib: "İndi ilkin tibbi müayinə üçün həkimlər yığılacaq. Bu, həm də vəsait deməkdir. Orada hər hansı narazılıq olarsa, məhkəmə kimi yuxarı quruma müraciət olunacaq. Bu, həm də dolaşıqlıq yarada və qurumlararası problemə səbəb ola bilər. Ona görə də bunu bir qurum tərəfindən həyata keçirməsinin yollarını tapmaq olar. Yekun tibbi müayinə demək ilkin tibbi müayinənin tanınmamasıdır. Mexanizmin özünün mürəkkəb olması qurumlar arasında məsuliyyət bölgüsünün ziddiyyətli şəkildə bölünməsidir. Qurumlar məsuliyyəti bir-birinin üzərinə atacaq. Xaricdə əsgərlikdən 3-4 il əvvəl çağırırlar və yoxlanış olur. Bizdə də belə etməliyik. Xəstəliyi olanlara müalicə imkanı yaradılmalıdır. İkinci məsələ narkotiklə bağlıdır. Yəni narkotik istifadə edənin əsgərliyə getməməsi məsələsi olmamalıdır, onların müalicəsi təmin edilməlidir".