Turistlərin Azərbaycanda ov etməsinə qadağa qoyulsun - TƏKLİF

Turistlərin Azərbaycanda ov etməsinə qadağa qoyulması təklif edilib. Olaylar xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən iclasında çıxış edib. Deputat bildirib ki, Qızılağac qoruğuna səfəri zamanı orada sanki müharibənin getdiyini görüb: "Hazırda dünyada səhralaşma gedir, ona görə də əcnəbilərin ölkəmizdə ov etməsinə qadağa qoymaq daha məqsədə uyğun olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31