15 oktyabr Azərbaycan Günü elan edilsin – Təklif

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Gününün qeyd olunması təklif olunub. Olaylar xəbər verir ki, bu təkliflə deputat Kamal Cəfərov Milli Məclisidə çıxış edib. Deputat 15 oktyabrın Azərbaycan Günü elan edilməsi təşəbbüsünü irəli sürüb: "Bu tarixi günü əbədi olaraq rəmziləşdirmək üçün təklif edirəm ki, 15 Oktyabr Azərbaycan Günü elan edilsin, bayram olsun. Biz də hər il övladlarımızla 15 Oktyabr - Azərbaycan gününü Xankəndidə, Xocalıda, Xocavənddə, Şuşada Azərbaycanın hər bir diyarında bayram günü kimi qeyd edək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31