Siyavuş Novruzov Ramiz Rövşəndən sitat gətirdi
17 Oktyabr 2023 12:22 Siyasət"Müstəqillik bizim ən böyük sərvətimizdir. Müstəqilliyin ən böyük şərti isə ərazi bütövlüyüdür". Olaylar xəbər verir ki, bunu millət vəkili, Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib: "Dövlət başçısı Xankəndidən çox ciddi mesajlar verdi. Birinci qeyd etdi ki, mən bu meydanda olanda siz hələ heç doğulmamışdınız. İkinci mesajı isə ondan ibarət idi ki, ətrafdakıların əksəriyyətini mənim atam tikib, atamın qurduğu şəhərə gəlmişəm. Bu, çox böyük mesaj idi. Ramiz Rövşənin çox gözəl sözü var, deyir ki, 44 günlük Vətən müharibəsində tarixi Prezident İlham Əliyev yazıb, daha mən nə yazım. Yəni heç bir söz bu qələbəni ifadə edə bilməz. Allah Prezidentimizi qorusun!".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31