Mənim partiyamın müxalifətçiliyinə nə ehtiyac var - Tahir Kərimli

"Mənim partiyamın müxalifətçiliyinə nə ehtiyac var?  Biz cənab prezidentin yanında olmalıyıq, nəinki qarşısında". Olaylar xəbər verir ki, bunu millət vəkili Tahir Kərimli Milli Məclisin iclasında qeyd edib:

"Mənim artıq bir müxalifət partiyasının rəhbəri kimi  torpaqlarımızı işğaldan azad edib Azərbaycanın ərazi bütövlüyünü təmin edib, suverenliyini bərpa edən,  bütün İslam dünyasının lideri olan Prezident İlham Əliyevə qarşı çıxmağa haqqım varmı?  Axı, bu hamıızın istəyi və arzusu olub. Belə bir  problemləri həll edən liderə qarşı necə müxalif mövqedə olmaq olar?".

Deputat deyib ki, bizim  bundan sonra əsas vəzifəmiz  Prezidentin yanında olmaqdır: "Müxalifət münaqişəsi nifrət üzərində qurulub. Mən onları sevgiyə, birliyə, həmrəyliyə çağırıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31