“Bu, terror, soyqırım törətmiş şəxslərin azadlığa çıxmasını arzulamaq deməkdir”
17 Oktyabr 2023 11:48 Siyasət"Ermənistan Beynəlxalq Ədalət Məhkəməsindən Azərbaycanın Qarabağda həbs etdiyi hərbi canilərin azad edilməsini tələb edir". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Nizami Səfərov bildirib: "Bu əlbəttə ki, terror, soyqırım törətmiş şəxslərin azadlığa çıxmasını arzulamaq deməkdir. Xankəndidə isə Ali Baş Komandan bütün hərbi canilərin layiq olduqları cəzanı alacaqlarını bəyan etdi. Onlar Azərbaycanı hədələyib, xalqımıza qarşı terror törətmiş canilərdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31