Deputat məmurları diqqətli olmağa səslədi
17 Oktyabr 2023 11:38 Siyasət"Dövlət adına edilən işlər qələbənin möhkəmlənməsi deməkdir. Amma elə məsələlər də var ki, vətəndaşı narazı salmaqla bağlı bizim ümumi qələbəmizə zərər vurmaq istəyirlər". Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib. Deputat qeyd edib ki, ötən dəfə mən buradan sahibkarların problemini dilə gətirdim: "Sonra "Azəriqaz" İB-nin baş direktoru əlaqə saxlayıb həmin sahibkarın sayğac məsələsini həll edəcəyini dedi. Məhz bu kimi işlər bizim ümumi qələbəmizə verilən dəyərin göstəricisidir. Hamını bu məsələdə diqqətli olmağa səsləyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31