Diplomatik korpus nümayəndələri Füzulidə səfərdədir
17 Oktyabr 2023 11:27 SiyasətAzərbaycanda akreditə olunan diplomatik korpus nümayəndələrinin "Füzuli şəhər günü" münasibətilə Füzuli şəhərinə səfəri təşkil edilib.
Olaylar.az xəbər verir ki, səfərdə 70-ə yaxın diplomat, habelə 30-a yaxın səfır iştirak edir. Diplomatik korpus nümayəndələri şəhər günü ilə əlaqədar təşkil olunan tədbirlərdə iştirak edəcəklər.
Eyni zamanda, işğaldan azad edildikdən sonra Füzuli şəhərində aparılan tikinti, quruculuq işləri ilə yerində tanış olacaqlar. Qonaqların Şəhər günü ilə əlaqədar konsert proqramında iştirakı da planlaşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31