Prezident xalq və ata qarşısında verdiyi sözü yerinə yetirdi
17 Oktyabr 2023 11:27 Siyasət"Cənab prezident Xocalı daxil olmaqla Qarabağın digər rayonlarında Azərbaycan bayrağını ucaltdı. Prezident öz sözünü tutdu, xalq və ata qarşısında verdiyi sözü yerinə yetirdi". Olaylar xəbər verir ki, bunu Milli Məclisin iclasında Xankəndidən olan millət vəkili Tural Gəncəli deyib. Bildirib ki, bu tarixi ana şahidlik etmək hər birimizdə qürur yaratdı: "Təəssüf ki, bəzən bizim bu barədə sol şəbəkələrdəki çıxışlarımıza lağ edirdilər. Xankəndidə bayraq qaldırmaq iki tarixi hadisə ilə üct-üstə düşdü. Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyində və Xankəndinin 100 il əvvəl dəyişmiş adının bərpa olunması anı. Biz bu uğurları fəxarətlə anırıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31