Xankəndidəki ofis heç zaman Ermənistana bağlı olmayıb - BQXK
17 Oktyabr 2023 11:00 SiyasətXankəndidəki ofis heç bir zaman Ermənistana bağlı olmayıb.
Olaylar.az xəbər verir ki, bu barədə BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
O bildirib ki, hazırda da həmin ofis bağlanmayıb, fəaliyyət göstərir.
İlahə Hüseynova deyib: "Xankəndidə olan ofis heç vaxt Ermənistana tabe olmayıb və olmayacaq. BQXK-ın illik hesabatlarında da Qarabağ hər zamanın Azərbaycanın ərazisi kimi qeyd olunub".
Qeyd edək ki, BQXK jurnalistlər üçün məlumatlandırıcı sessiya keçirir.
Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31