BQXK-dən Laçın yolundan istifadə edilməsi ilə bağlı AÇIQLAMA
17 Oktyabr 2023 10:59 SiyasətBQXK əvvəldən elan etdi ki, təhlükəsizliyi təmin edilən istənilən yoldan istifadə etməyə hazırdır.
Olaylar.az xəbər verir ki, bu barədə BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
"BQXK həmçinin onu da bildirdi ki, əlaqədar qurumların qəbul etdiyi yollardan istifadə etməyə hazırdır. Bu hansısa ölkədən icazə almaq məsələsi deyil. Laçın yolundan istifadə edilibsə, deməli razılaşdırılıb. Əlaqədar qurumlar, qəbul edən və çatdıran tərəflər razılaşdırdı və sentyabrın 18-də Ağdam yolu ilə yük keçirildi",- deyə o, əlavə edib.
Qeyd edək ki, BQXK jurnalistlər üçün məlumatlandırıcı sessiya keçirir.
Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31