Vaqif Xaçatryanın vəkili dəyişdi

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası başlayıb.

Olaylar.az APA-ya istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Vaqif Xaçatryan vəkili Natiq Bəybalayevdən imtina edib. Ona dövlət hesabına Radmila Abdullova yeni vəkil kimi dəvət edilib.

O, yeni vəkilinin hüququ yardımından istifadə edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31