Qərb Rusiya-İran tandeminə qarşı keçir - ÖZƏL

"Rusiya Ukrayna arasında müharibə davam edir. Dünyanın diqqətini Həmas-İsrail savaşı özünə çəksə də, iki regionda savaş dünyanın siyasi nizamına təsir edir. İsrail -Həmas arasında müharibə genişlənə və proses İrana qarşı yeni cəbhənin açılması ilə nəticələnə bilər. Artıq Rusiyaya hərbi cəbhə açıldığı kimi İrana da hərbi müdaxilə gündəmə gəlməsi mümkündür. Çünki, Rusiyadan sonra hədəf İrandi", Olaylar xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib:

"Artıq​ Rusiya Ukrayna da yeni ərazilər işğal edə bilmir. Ukrayna intensiv əks-hücumları Kremli ciddi şəkildə zəiflədir. Cəbhədə irəliləyişlərin olmadığını V. Putində qeyd edir. ABŞ başda olmaqla kollektiv Qərb Rusiyanı zəiflətfiyi kimi, İranı da hədəf taxtına qoyur. Fransa Cənubi Qafqazda Ermənistan vasitəsilə Rusiyanı sıxışdırır.

Qeyd edim ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə, yeni geosiyasi nizamı yaradıb. Almaniya Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələri inkişaf etdirir. Həmçinin Türkiyə Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətində ciddi irəliləyişlər əldə edir. Rusiyanın təsiri kifayət qədər azalmaqdadır. Ukraynadan başlanılan müharibə Yaxın Şərqdə davam edir.

Şərqi Avropa və Yaxın Şərq dünya siyasi sistemində həlledici​ mərkəzdir. Hər iki regionda Rusiya -İran tandeminə qarşı ABŞ başda olmaqla, Qərb koalisiyası fəaliyyətə keçir. Nəticədə İsrail vasitəsilə İran, Ukraynada isə, Rusiya sıxışdırlır. Ukrayna- Rusiya,​ həm də İsrail -Həmas müharibəsi Moskva və Tehranı neytrallaşdırması ilə nəticələnəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31